Gönderi

10/10
·712 syf.··
2025 14. kitabı
Spoiler sayılabiləcək şeylər var. Joe və Pip arasındakı o bağı çox sevdim. Pipin nankorluq etməsi və bunun fərqinə vardıqdan sonra çox utandığı üçün o yoldan geri dönəbilməməsi o qədər anlayabildiyim amma eyni zamanda da əsəbləşdiyim bir şey oldu ki. Hər şeyi yanlış etdiyinin fərqində idi amma geri dönüb üzləşməyə cəsarəti çatmırdı. Cəsarəi çatanda isə ağlı çatmadı. Düşündü ki, öz istəklərinin arxasınca gedib xəyalqırıqlığı yaşadıqdan sonra geri dönüb Biddyni qoyub getdiyi kimi tapacaq. Amma tapmadı. Yaxşı ki də tapmadı. Uzaqda həyatını yaşayıb, əsl sevgisindən qarşılıq görməyəndən sonra gəlib kənddə illərdir onun yoluni gözləyən bir qadın tapacağını düşünən kişilər, ööğğğkkk. Bu klasikləşmiş cinsiyyət rollarını qırıdığın üçün sağol Charles. Və mən ilk yazılan orjinal sonu daha çox bəyəndim. Ordakı Estella mənə daha inandırcı gəldi. Daha Estellanın quracağı cümlələr idi. Ümumi olaraq kitabın sonun bəyəndim, hərkəs layiqini tapdı və yaşamalı olduğu həyatı yaşadı deyə düşünürəm. Ağlımda "kaş" demədik heç bir xarakter üçün
Büyük UmutlarCharles Dickens · İş Bankası Kültür Yayınları · 202118,5bin okunma
·
54 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.