Gönderi

Ahhh, fındığımm Charlie..
10/10
·325 syf.··
Beğendi
·
2025 65. kitabı
·
8 günde okudu
·
Okunma: 11 Eylül 2025 13:40
Bu kitab bir insanın sadəliyindən zirvəyə, zirvədən isə yenidən sadəliyə düşən həyat hekayəsidir. Charlie’nin gündəliklərində hər cümlə ilə onun yolunu izləyirsən – əvvəl qarışıq, amma içdən gələn yazılar, sonra parlaq və ağıllı düşüncələr, sonda isə yenidən uşaq məsumluğu… Ən çox da ailə ilə olan münasibətlər mənə toxundu. Bir övladın qəbul edilməməsi, sevgi yerinə utanc və laqeydliklə qarşılaşması sanki insanın ruhunu parçalayır. Charlie, nə qədər dəyişsə də, içindəki o sevgiyə, ailədən gözlədiyi ilıq toxunuşa həsrət qalır. Onun ən böyük yarası savadsızlıq deyil, sevilməməkdir. Algernon’un qəfəsdə çırpınışı isə sanki insan taleyinin güzgüsüdür. Çiçək kimi açıb solmaq. Hər şeyin faniliyi, ağılımızın, gücümüzün belə bir gün tükənəcəyi gerçəyi.. "Algernon’a Çiçekler"... sonda məni ağlatsanda qəlbimdə dərin bir iz qoydun. ๑⁠˙⁠❥⁠˙⁠๑Xoş oxumalar.๑⁠˙⁠❥⁠˙⁠๑
1000Kitap
Algernon'a ÇiçeklerDaniel Keyes · Koridor Yayıncılık · 202536,4bin okunma
··
189 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.