Dan Braun Cəhənnəm
Puan vermedi·576 syf.··
2025 1. kitabı
·
382 günde okudu
·
Okunma: 19 Eylül 2025 19:42
Nəhayət uzun zaman sonra, oxuyub bitirə bildiyim növbəti kitab, Dan Braun qələminin əsəri olan "Cəhənnəm" adlı əsəri oldu. Əsər, Robert adlı ədəbiyyat və tarix Professoru ilə, Sienna adlı Həkim və İncəsənətə marağı olan, İnsan genetikasını araşdıran xanımın macəralarından bəhs edir. Onların Macəraları Dantenin Cəhənnəmi ilə başlayır. Onlar bu Cəhənnəmdə aşağı mərtəbələrə enirlər. Mən kitabı oxuduqca, o səhnələri onlarla birlikdə yaşayırdım. Robert və Sinskey ilə birlikdə Dantenin Cəhənnəminin mərtəbələrində adrenalin, sevinc, kədər, əsəb, həvəs dolu, müxtəlif Macəralar yaşadım. İnsanlığı hədələyən ölüm qorxusu, ÜST-ün (Ümumdünya Səhiyyə Təşkilatı) təqibləri, hər addımları təhlükədən və ölümdən ibarət olan Robert və Sienna bu çətin, məsuliyyətli, təhlükəli işin öhdəsindən necə gələcək? Sonda isə Qanun Nəşriyyata, hər zaman etdikləri kimi, bu kitabı da qrammatik, hərf, məntiq, cümlə səhvləri ilə zəngin olaraq nəşr etdiyi üçün, dərin təşəkkürümü bildirirəm! Sayənizdə söz bazam çalxalandı, təşəkkürlər!
Kitap İncelemesi
CəhənnəmDan Brown · Qanun Nəşriyyatı · 201429,8bin okunma
·
33 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.