·224 syf.····Okunma: 20 Eylül 2025 20:46 "Məncə, həqiqi sənətkarın fırçasından heç bir zaman quru müqəvva çıxmaz"
"Söyüdlü arx" yazıçının qələmindən oxuduğum ilk əsərdi.Tərif və alqışlarla tövsiyyə olunan Azərbaycan klassiki mənim də diqqətimi çəkmədi deyil.Hələ ki, mövzu bir Azərbaycan qadının öz ayaqları üstə durmasıyla yanaşı, qəlbindəki iztirab hekayəsidirsə...Mövzu axıcı olsa da deməzdim ki gözləntilərimi qarşıladı.Öz adımdan çıxış etsəm, biraz sıxıldım, bu da kitabı uzun müddətə bitirməyimə səbəb oldu.Heç bir halda gözlədiyim kulminasiya nöqtəsinə çata bilmədim,süjet xətti eyni tempdə davam edirdi.Düşünürəm daha maraqlı ola bilərdi.Yazıçının "Körpüsalanlar" əsərini oxumağı nəzərdə tutsam da, artıq qərarsızam.Daha güclü və fədakar qadın obrazları olduğunu nəzərə alsaq,obrazımız biraz kənarda qalır.Amma, yenə də kifayət qədər oxucu tərəfindən abartıldığını düşünürəm.Mövzunu kənara qoysaq,kitabda vaxtaşırı qarşılaşdığım sitatlar məni az da olsa sevindirirdi.
Əlavə olaraq kitabda bir məsələnin də işıqlandırılması mənim tam da demək istədiklərimin qələmə alınması kimi oldu.
Günümüzdə yazıçı çoxdur...İstedadsız yazıçı isə ondan çoxdur.Pərəstişkarları isə onlardan da çox...Təriflə tövsiyyə olunan kitabı alıb,həm büdcə,həm də zaman etibarilə uduzmaq başqa bir uğursuzluqdur.
Bəsit mövzu,vulqar ifadələr,uyğunsuz səhnələr düşünmürəm ki uğurlu yazıçının əsəri ola bilər.Məsələn ad-sanla tanıdığımız həmin o "detektiv əsərlər"-in müəllifi var ki, şans verərək bir kitabın oxudum və tövbə etməyimlə nəticələndi. Ola bilər ki, bu da şəxsə və keyfiyyət anlayışına görə dəyişən amildir.Hər yazıçının dili hər oxucunun zehni və təfəkkür gücünə xitab etməyə bilər.Mövzular məişət üslubu qaydalarına əməl olunaraq anlaşıqlı olmaqla kifayətlənsə də, kütləvi və obyektiv prizmadan yenə də sinifdə qalır.Ən azından bu ölkənin kifayət qədər intellektual gəncləri olduğunu düşünürəm ki, onlar öz yaradıcıllıq potensiallarını sərgiləməyi kənara qoyaraq, bu boş qaralamalarla vaxtını itirmir.Bunun məsuliyyətinin oxucudan çox yazıçıda olmalı olduğunu düşünürəm.
Kitabda deyildiyi kimi :
● "Taxta kimi quru,hissiz,zövqsüz qəhrəmanları bizim ədəbiyyatımıza ideyalıq pərdəsi altında gizlənən istedadsız demaqoqlar gətirir."
● "Məncə həqiqi sənətkarın fırçasından heç bir zaman quru müqəvva çıxmaz."
● "Mən dövlətin yerində olsaydım,belələrinə yazmağı qadağan edərdim.Bəsdir, deyərdim,bu protokollara roman adı qoyub dünyanı doldurdunuz."