Gönderi

10/10
·160 syf.··
Beğendi
·
2025 29. kitabı
"Birgə Razılaşma Konsepsiyası" müasir idarəetmə və ictimai iştirak modelləri kontekstində nəzərdən keçirildikdə, konsensus əsaslı qərarvermə yanaşmasının mühüm nəzəri və praktiki əhəmiyyətini nümayiş etdirir. Belə bir konsepsiyanın öz ölkəmiz aydınları tərəfindən də yaradılması və inkişaf etdirilməsi təqdirəlayiqdir. Bu konsepsiya müxtəlif sosial, iqtisadi və siyasi aktorlar arasında qarşılıqlı asılılıqların nəzərə alınmasını, tərəflərin bərabər hüquq və öhdəliklər əsasında iştirakını və nəticə etibarilə sosial kapitallaşmanın möhkəmləndirilməsini təşviq edir. Əlavə olaraq, konsepsiyanın institusional çərçivələrdə tətbiqi kollektiv qərarvermə prosesinin legitimliyini artırır, şəffaflıq və hesabatlılıq prinsiplərinin güclənməsinə imkan yaradır. Konsepsiyada azadlıq, ağsaqqallıq, feminizm, ordu, idarəetmə, müxalifət və s. mövzular haqqında fikirlər yer alıb ki, bu da konspesiyanın cəmiyyətin problemlərini və alternativ çıxış yolları göstərməsi baxımından dəyərli edir. Bəyənərək oxudum, oxumağa dəyər bir kitab olduğunu düşünürəm.
Birgə Razılaşma KonsepsiyasıRamin Allahverdi · Bakı, Mücrü Nəşriyyatı · 20258 okunma
·
25 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.