·152 syf.····Okunma: 23 Eylül 2025 13:03 Johann Wolfgang von Goethe-nin “Gənc Verterin acıları” faciəvi sevgi hekayələrindən biri oldu mənimçün.Əsərin qəhrəmanı Verter həssas,duyğusal və romantik bir gəncdir.O,təbiəti, incəsənəti,azadlığı sevir.Onun həyatını dəyişən əsas hadisə Lotty ilə tanışlığı olur.Verter bütün varlığı ilə onu sevir,amma bu məhəbbət mümkün deyil.Çünki Lotty Albert adlı bir gənclə nişanlanıb.
Verterin acısı elə buradan başlayır.O,sevgisi ilə reallıq arasında sıxılır.Nə Lottydən uzaq qala bilir,nə də onunla birgə xoşbəxt ola bilir.Bu daxili mübarizə getdikcə dözülməz hala gəlir və faciəvi sonluqla bitir.Sonu haqqında spoiler vermək istəmirəm.
Mənə görə əsər depressiv bir əsər idi.Təsiredici cümlələr çox idi.Amma mövzu baxımından sadə gəldi.Hətta sonda sinir krizi keçirdim.
Sizə isə 2 sualım var,əziz kitabsevər dostlarım.
1.Sizcə sevgi uğrunda hər şeyə dəyərmi?
2.Yoxsa bəzən hisslərimizi susdurmağı öyrənməliyik?