Bizim evdə baxasan hər tərəfə -
Toxçaya, boxçaya ya kim, irəfə.
Görəcəksən bütün işkafda kağız,
Kasada, nimçədə, boşqabda kağız;
Yığılıb dağ kimi hər yanda kitab,
Evdə, dəhlizdə və eyvanda kitab.
"Bu əməl etdi səni xanaxərab,
Pulların döndu bütün oldu kitab
Oxuduqca gözünün qarasını
Aparır, tap başının çarəsini.
Pul gedir, tabü təvanın da gedir,
Üstəlik bir quru canın da gedir."