Gönderi

7/10
·224 syf.··
2025 22. kitabı
·
7 günde okudu
·
Okunma: 29 Eylül 2025 09:14
Kitab üç bölümdən ibarətdir. Birinci və ikinci bölümlər maraqlı və oxunaqlı idi, hadisələrin gedişatı məni cəlb etdi. Lakin üçüncü bölüm artıq bir qədər uzadılmış kimi göründü, bəzi yerlərdə sanki süjet süni şəkildə yavaşıyırdı. Oxuduqca elə bil bir film izləyirmişəm kimi hiss yarandı, amma bu, bəzən sıxıcı da ola bilirdi. Əsərdə təsiredici məqamlar var idi, amma mənim üçün xüsusi bir “vao effekti” yaratmadı. Yəni oxucuya emosional təsir gücü var, amma məndə dərin iz buraxmadı. Ümumilikdə, Boy sadə üslubla yazılmış, qısa həcmli və fərqli bir mövzuya toxunan bir əsərdir. Mövzu maraqlı olsa da, ifadə tərzi daha güclü ola bilərdi. Buna baxmayaraq, oxucunu düşündürən və müzakirəyə açıq bir kitabdır.
BoyWytske Versteeg · Strauss nəşriyyatı · 202528 okunma
·
38 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.