·196 syf.····Okunma: 01 Ekim 2025 14:54 Adına görə maraqla başladığım bir kitab oldu. Əhatə etdiyi mövzular həyatın ən ciddi reallıqlarındandır – uşaq evlilikləri, qadınların haqları və cəmiyyətin görmək istəmədiyi acı tərəflər. Amma etiraf edim ki, bu tip dramatik və bioqrafik əsərləri çox oxuduqca artıq təsirini itirir. Mənim üçün də bu kitab bir az belə oldu – oxudum, düşündürdü, amma hiss etdirmədi. Sadəcə reallıqları göstərdi, amma məndə dərin bir emosional iz buraxmadı. Yenə də kim kitablarda həyatın sərt üzünü görmək və bu reallıqlarla üzləşmək istəyirsə, oxuya bilər.