Puan vermedi·216 syf.····Okunma: 03 Ekim 2025 08:19 Oxumamışdan əvvəl də bilirdim ki, bəyənəcəm, yanılmadım. Moem in yaratdığı obrazlar, toxunduğu hisslər, hətta bəzən düşünməyə narahat olduğumuz, gizlətməyə çalışdığımız qeyri-etik və narahat hisslərə nəyinki toxunması, daha da dərinə getməyə cəsarəti məni yenə də təsirləndirdi. Onun hekayələrində pis və yaxşı insanlar yoxdur, sadəcə müəyyən hisslərin səbəb olduğu nəticələr var. Bu kitabdakı hekayələrində daha çox ziddiyyətli qadın obrazlarının yaradılmasına üstünlük verib və cəmiyyətin əxlaqi normalarına müəyyən mənada meydan oxuyub deyə bilərik