Hər şey bir qumarxana səhnəsi ilə başladı:
Filmlərdə gördüyümüz, kitablarda oxuduğumuz kimi:
Emine Supçin
"Filosoflardan seksi şeylər..."
Seks əslində bir qumardır...
Blöf işin zəkada bitən hissəsidir...
Poker oyunu kimi...
Partnyorunu nə qədər tanıdığınla əlaqəlidir...
Qazanarkən alınan həzz, orgazm olduqda və ya boşalmada aldığın həzzə bərabərdir...
Təbii bu da orgazm təqlidləri kimi, bir blöf deyilsə...
Təkmilləşdikcə düşünməyi öyrənmək, şüur qavrayışı dəyişdikcə bir çox halın beynimizdən ötürülən siqnallar və ya orada baş verən proseslər vasitəsiylə ərsəyə gəldiyini anlayırıq...
İnsan özü özünün həkimidir ifadəsi də burdan yaranır...
Şüur sağlamsa, bədən də sağlamlığa doğru yönəlir...
Təbii bəsit sağlamlıqdan bəhs etmirəm...
Bəzən zəhərin də faydaları olur...
Seksin, orgazmın yaratdığı kokain effekti kimi...
İnsan dediyin nədir?!...
Gəlin qumarxana masamızdakı zəkalılar ilə, həm qadın - kişi münasibətləri qumarı oynayıb, həm içki içərək düşüncələrə nəzər salaq:
Kişilər masasında:
Zeus,
Freud,
Casanova,
Leonardo Da Vinci,
Nietzsche,
Bukowski,
Ömər Xəyyam,
Neyzen Tevfik,
Və Qaradənizli xalqın içindən Temel var (belə bir şahəsərdə yumor qaçınılmazdır)...
Qadınlar masasında:
Afrodit,
Sayuri,
Kleopatra,
Mata Hari,
Sappho,
Duygu,
Merlin Monroe,
Və də bizim Temelin karisu Fadime da...
Qadın kişi münasibətlərində kimisi seksi akt, kimisi çoxalma vasitəsi, kimisə də həzz karnavalı kimi xarakterizə edir...
Təbii zövqlər və düşüncələr müxtəlifdir...
Mübahisə edilməz...
Amma Tanrıların və Tanrıçaların masasında isən, seks də daxil, hərşeydə Tanrısallaşmağı bacarmalısan...
İnsani aktlardan çıxıb incəliklərə, detal və nüanslara diqqət etməlisən...
Emine Supçin fəlsəfi və yumoristik toxunuşlarla çox uzatmadan, çürükçülüyə yol vermədən, bizə batan gəmi Titanikdə krallaşmağı bəsit və sadə bir dillə ifadə etməyə çalışır...
Əgər qumar oynayacaqsansa unutmamalısan;
Səhv etmirəmsə dostum Dosto'nun ifadə etdiyi kimi:
Yaxşı qumarbaz nə zaman masadan qalxacağını biləndir...
Yəni nəfsə və emosiyalara hakim olaraq edilən hər hərəkət bizi həzzin viskili kokain zirvəsinə çıxarıb, istədiyimizi əldə etməmizdə daha effektiv olacaq...
Seksdə və Həyatda şeytanınız bol olsun, bəylər və xanımlar...
p.s. Mən arxa fona Лолита - На Титанике şahəsərini əlavə etsəm də, siz Leonard Cohen - Everybody Knows şedevri ilə kitabı daha da minor, majorlu şəkildə dadlandıraraq oxuya bilərsiniz...
Şərab kimi əsərləri musiqisiz və içkisiz dadsızlaşdırmayın...
Şərab kimi qadınları üzdüyünüz misali...
Ha kişilər sərtdir, sərt olmalıdır...
Absent kimi...
Onların üzülməklə əlaqəli problemi olmamalıdır...
Kişilər ağlamaz deyə ifadə etmirəm:
Qan damlası şəhadət, Göz damlası ibadətdirsə, Kişilər ateist olur da demirəm...
Sadəcə zövq alaraq yaşayın...
Hər anından...