·472 syf.··Beğendi
···Okunma: 09 Ekim 2025 16:54 "Əgər sənə dərd üz veribsə, ehtiyac içindəsənsə, incidiblərsə səni – yoxsullara üz tut. Yalnız onlar əl tutar; başqa heç kəs. Qapını arxasınca bağladı."
"Və insan nifrəti onları birləşdirirdi, yaxınlaşdırırdı, bir-birinə perçimlədi."
"Aclıq nə olduğunu bilməyən insanlar acların gözlərini görmüşdülər. Heç vaxt güclü istəkdə bulunmayan insanlar köçərilərin gözlərində həris parıltı görmüşdülər."
Qəzəb Salxımları yəqin ki, bu il oxuduğum kitablar arasında ən çox təsir edən kitabdır (kitab rəyi yazmağa belə vadar etdi).
Sistemin tələsinə qurban getmiş, cəmiyyətdə öz yerinizi itirdiyinizi düşünün. Hətta ən təməl haqqınız olan qidalanma, isti su və s. ehtiyaclarınız sizin üçün möcüzəvi bir nemətdir. Tək sahib olduğunuz isə ümid, iradə və parçalanmamaq üçün çalışdığınız ailənizdir.
Sizi özünə bağlayacaq, bütün qəmi, ümid dolu anları, qorxunu hər bir obrazı ilə hiss edəcəksiniz.
Mənim üçün isə Ana və Tom digər obrazlardan fərqli bir nöqtədə durur. Ananın əməyi, ailəsini bir arada tutmağa çalışması, qarşısındakı yeni insanları necə tanımağa çalışması, Toma olan düşkünlüyü, qızına hər daim arxa olmağı və yeri gələndə sərt danışmağı – hər xüsusiyyəti ilə məni valeh edən obrazdır. Tom isə... cəsarəti, analiz etməsi və mülayimliyi – bəzən nə qədər əsəbləşsə belə.
Düşünürəm ki, oxuyan hər kəs, ən azı bir obrazı özünə yaxın biləcək, hətta özünü görəcək bir nöqtədə. Son olaraq, məni sarsıdan, uzun-uzadı düşündürən bir çox hadisə olub, amma yəqin, heç biri sonluq qədər sarsmayıb.
Buraxsanız, sabaha qədər kitabın hər nüansını müzakirə edə bilərəm kimi hiss edirəm.
Əgər oxusanız və belə hiss etsəniz, bilin ki, ruh əkiziniz burdadır. :)