Gönderi

Puan vermedi·256 syf.··
2025 8. kitabı
·
11 günde okudu
·
Okunma: 12 Ekim 2025 18:32
Salamlar. Bu kitab haqqında öz fikrimi qısa şəkildə paylaşmaq istədim. Kitab mənə oxuduqca yeni şeylər, baxış bucağı verdi. Hər şeydə mütləq müsbət nə isə tapmaq bacarığı aşıladı, hərçənd özüm də qismən elə idim. Amma Pollianaya çatacaq dərəcədə yox. Bu kitabın uşaqlar üçün nəzərdə tutulması əbəs deyil. Bütün uşaqlar məncə bu prinsipə nail olsalar, dünya daha qəbul edilə bilən bir yer olar. Yeri gəlmişkən psixologiyada Polliana prinsipi tətbiq edilir. Kitabın sevmədiyim yanı isə, yazıçı və ya əsər ilə bağlı deyil. Tərcümə çox pis idi. Mən oxuya-oxuya kitabdan zövq ala bilmədim. Hətta bəzi məqamlarda artıq düşünürdüm ki, mən olsam necə tərcümə edərdim, bu da oxu zövqümə mane olurdu təbii olaraq. Bir sözlə kitabı oxuyun, övladınıza oxuyun və ya oxudun. Amma daha keyfiyyətli nəşrlərdən.. Hələlik
Pollianna BöyüyürEleanor H. Porter · Qanun Nəşriyyatı · 202140 okunma
·
54 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.