Bu kitab haqqında başlıqda bu atalar sözünü demək istəyərəm: “Mərdi qova-qova namərd edərlər”.
Əsərin baş obrazı Pyero digər adı ilə desək Peter əslində cəmiyyətin, ideyalogiyanln qurbanı olur. O uşaq vaxtlarında gördüyü çətinliklərin, yaşadığı zülmətin içində dəyişilməyə vadar edildi. Mən bu obrazı heç cür qınamaq istəmirəm, çünki yaşadığı həyat öz həyatı deyildi, seçimlər də özünün deyildi. Başqasının seçdiyi seçimlərdə o yalnız başqasının seçiçləriylə onların yazdığı ssenariylə yaşa, sağ qala bilərdi. Onun zəif duruma düşməyinin başlıca səbəbi cəmiyyət və dövrün çətinli idi. Qarşısına çıxan zalım adamlar hər dəfəsində onun saflığını kirlədirdi. Bir sözlə saflığının intiqamınl almağının yeganə yolu ruhunu çirkabın içində idarə etməkdi. Amma bu onun zəifləməsinə səbəb oldu. Əvvəlki kimi mərd ola bilmədi. Sonda müharibənin bitməsi ona yenə insan olduğunu xatırlatdı.
Kitab olduqca möhtəşəm və axıcı idi. Bəyəndiyim kitablar siyahısına əlavə etdim. John BoyneJohn Boyne