Puan vermedi·166 syf.··
2025 14. kitabı
·
7 günde okudu
·
Okunma: 20 Ekim 2025 15:51
“Doğrudan da, bizim musiqi ifa etməyimizin nə əhəmiyyəti vardı yer üzündə bu qədər elektronik cihazların səhvsiz şəkildə edə bildiyi bir şeyi biz niyə öyrənirdik? Çünki, biz bir dəfə çaldığımız mahnını bir daha əsla eynisi ilə çala bilmərik. İçində xoşbəxtlikdən güllər açan bir gündə çaldığın Valse ilə təlatümlü duyğuların bərqərar olduğu bir günd ə çaldığın Valse əsla eyni ola bilməzdi…. Bəlkə də, önəmli olan çalarkən etdiyimiz səhvlərin qatdığı duyğular idi, qəlbimizin sarı simlərinə toxunan….” Son oxuduğum bu kitab həyata baxışımı dəyişdirəcək güclülükdə olan bir kitab idi. Sakitləşməyi, həyatı tələsərək yaşamamağı, yaşadığımız ən gözəl və hüzünlü anların belə bir daha qayıtmayacağını bir daha ən gözəl şəkildə xatırlatdı. Həyatın acısı da,şirini də keçicidir və əsası heç bir zaman nə etsək də, mükəmmələ çata bilmərik, daim inkişafda olmağımızdır keçdiyimiz həyat yolunu gözəl edən. Özümüzü səhvlərimizlə belə sevməyimiz, zəif cəhətlərimizin bəlkə də ən güclü tərəflərimizi yaratdığını bilməyimiz lazımdır. Və bir gün bir dəniz kənarında, günəşli və məxməri bir payız səhərində dalğaların səsi ilə ahəngdə olan düşüncələrim və çayən istisi mənə əslində xoşbəxt olmağım üçün bundan daha gözəl heç nəyə ehtiyacım olmadığını xatırlatdı.
Kusurdaki Bilgelik Wabi - SabiNobuo Suzuki · Nepal Kitap · 202486 okunma
30 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.