Durmadan çalışırıq, nəyinsə arxasınca qaçır, ancaq səhərimizi qovalayırıq. Sosial media, sosial həyat, sosial əlaqələr. Hər kəs fərqli bir yanımızı görür, hər kəs fərqli bir tərəfimizə münasibət bildirir. Bəs içimizdəki əsl "mən" hardadı? Onu kimlər görür? Daha başqa bir sual, biz onu həqiqətən də görmüşük mü? Görürük mü? Ya da görə biləcəyik mi? İnsanlar həyatlarının 90 faizini "onun da könlünü xoş edim" "Bunun da ən yaxşısını edim", " 10 il sonrakı həyatıma bu da lazımdı" Deyərək keçirir. Gələcəyi durmadan düşünərək, gələcəkdəki bizi inşa edərkən bu günkü bizdən uzaqlaşır, anı unudur, içimizdəki səsləri susdurur, dinləməyi unudur, ancaq danışmağı düşünürük. Bəs kim susub, kim dinləyəcək? Kim səssizliyin səsini dinləyəcək?