Puan vermedi·64 syf.····Okunma: 24 Ekim 2025 12:46 "Əsla yox olmayan tək gözəllik zərafətdir."-demiş Audrey Hepburn.
Audrey hər zaman ən çox sevdiyim,hətta tək sevdiyim məşhur sima olub.Vəfatından illər keçsə də, malik olduğu zərafət, incəlik,eyni zamanda güclü qadın siması onu daha da yaddaqalan edib mənim üçün.
Bu gün isə onun həyatını və fikirlərini daha dərindən oxuma şansım oldu və anladım ki,onun əsl incəliyi sadəcə simasında yox, daxili dünyasında gizlənmişdi-həm də gözəl,ilhamverən biri idi.
Audrey, II Dünya Müharibəsinin çətinlikləri ilə böyüyüb, uşaqlıq illərini aclıq və qorxu içində keçirmişdi. Bu təcrübələr onun dünyagörüşünü, empatiyasını və xeyirxahlığını formalaşdırmışdı. Hollywood'da parlaq işıqlar altında olmasına baxmayaraq, o, təvazökar, sakit və mehriban bir insan idi.Məşhurluğunu və sənətini insanlığa xidmət üçün istifadə edirdi. UNICEF Səfiri olaraq o,müharibə və təbii fəlakət qurbanı uşaqlara ümid oldu, onları yalnız fiziki yardımla deyil, həm də sevgisi və diqqəti ilə dəstəklədi. Hepburn üçün şöhrət bir məqsəd deyil, bir vasitə-dünyanı bir az daha yaxşı etmək üçün bir güc idi.
Audrey Hepburnun həyatı bizə xatırladır ki,əsl zəriflik yalnız gözlə görünən deyil;o, insanın daxili gözəlliyi ilə,xeyirxahlığı və empatiyası ilə əks olunur.
"İnanıyorum...
Pembeye inanıyorum. Gülmenin en iyi kalori yakan şey olduğuna inanıyorum.Her şey ters gider gibi görünürken güçlü olmaya inanıyorum. Mutlu kadınların en güzel kadınlar olduklarına inanıyorum.Yarının başka bir gün olduğuna inanıyorum ve mucizelere inanıyorum..."~Audrey Hepburn