·96 syf.····Okunma: 25 Ekim 2025 19:25 Bəzən də olur ki, oxuduğun əsərin mənasını yaşayanda başa düşürsən. Çevrilməni ilk dəfə 16 yaşımda oxumuşdum, o zamanlar tam anlamamışdım və hətta qaranlıq dünyası, insanı böcək üzərindən təsviri ürəyimi sıxmışdı. 10 il sonra anidən yadıma düşdü və günlərlə əsər haqqında düşündüm. Təkrar oxumaq ilk oxumadan zövqlü və düşündürücü oldu. İnsanın cəmiyyətdə və ailəsində tutduğu yerin nələrdənsə asılı olması, onlardan geri qaldığı an dəyərdən düşməsi və gözdən çıxarılması, heçliyə layiq görülməsi və xatırlanmaması. Acıdır, amma gerçəkdir.