Hər əsərin müsbət obrazı olmalıdırmı?
Puan vermedi·488 syf.··
2025 49. kitabı
Öyrəşmişik əsərdə 5 pis varsa,l yaxşı olmalıdır, hər yer qaranlıqsa, mütləq ki,işıq gələn yola çıxarıq. Ancaq bu əsər bu şablonu məhv edir. Belə ki, əsərdə yaxşı obraz yoxdur, axtarmayın həqiqətən yoxdur. Sempatik, xarizmatik ola bilər, amma yaxşı obraz yoxdur. Ostap Bender indiyə kimi tanıdığım ən sempatik cinayətkardır, çünki cinayətlərinin qurbanları gülünc rus insanlarıdır(rusları sevmirəm demədim, sadəcə burdakılar gülüncdür) Əsərin yazılma tarixi o qədər maraqlıdır ki, elə bunun haqqında da bir əsər ortalığa çıxarmaq olar. Deməli, İlya Yevgeninin qardaşı Katayev yenicə tanınmış və birlikdə çalışan İlf və İlyanı çağırır. Deyir ki, bəs bu mövzulu bir kitab yazmaq istəyirəm,siz də bu əsərin ruh yazarları(mükafat qarşılığında tanınmış yazarın əsərinin mətnini yazan şəxs) olun. Dostlar buna razılaşır və işə başlayır, lakin mətn o... qədər gözəl olur ki, Katayev deyir başlamısız bitirin. Lakin ideya Katayevə aid olduğundan dostlar mükafat olaraq kitabı ona həsr edir və Ostap Bender adlandırdıqları baş qəhrəmanı Katayevin prototipi kimi yaradırlar. Vəə mövzuya keçək deməli İppolit adlı qəhrəmanın qaynanası öz brilliyyantlarını 12 stullu qonaq mebelində gizlədir. Ölmədən də bunu yeznəsinə vəsiyyət edir.Zatən həyatından, işindən, mühitindən bezmiş Ippolit briliyyant-yeni həyat, yeni arvad eşqi ilə yola çıxır və bizim xarizmatik və şirin fırıldaqçı Benderlə qarşılaşır, birlikdə axtarışa çıxan "dostlar" yol boyu hər işə qarışır, hər cür insan tanıyır, xarakterlərində enişlər və çıxışlar yaşayırlar. Sonda isə....... Oxumasanız ən gözəl satirik nümunələrdən biri ilə tanış olmamış dünyadan köçəcəksiniz, bu isə böyük peşmançılıq olardı
On İki StulYevgeni Petrov · Teas Press Nəşriyyatı · 2019290 okunma
·
26 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.