Bundan sonra heç vaxt səfillərin boş-boş gəzən avaralar olduğunu düşünməyəcəyəm, hansısa dilənçiyə bir peni verdiyim üçün mənə təşəkkür etməsini gözləməyəcəyəm, işsiz adamın tənbəlləşməsinə təəccüblənməyəcəyəm, Qurtuluş Ordusuna heç vaxt pul verməyəcəyəm, paltarlarımı girov qoymayacağam, mənə uzadılan bütün əl elanlarını götürəcəyəm və böyük restoranlarda yediyim heç bir yeməkdən zövq almayacağam. Və bu hələ başlanğıcdır.
SON