·344 syf.····Okunma: 14 Ekim 2025 21:13 Mürşüd Mehdi - "Evdəki yad"
️Gənc yazardan növbəti psixoloji triller.
Düşünün elə bir romana başlayırsınız ki,ilk 30 səhifə oxuyunca qəhrəmanın qız və ya oğlan olduğu belə məlum olmur.
️Bu əsəri bir “yad insanın” hekayəsi kimi yox, öz evində yadlaşan bir ruhun portreti kimi oxumaq lazımdır. Əsərdə “ev” sadəcə bir məkan yox, insanın iç dünyasının metaforasıdır sanki. Yəni o evdəki yad bəzən kimsə deyil, özümüzük.
️Mürşüd Mehdi çox sükutla danışır bu yazıda. Sanki demək istəyir ki, bəzən yadlaşmaq,yad olmaq üçün uzağa getməyə ehtiyac yoxdur. Eyni masada oturub,eyni çayı içərkən də yadlaşa bilirik.
️Əsərdə mənə ən çox təsir edən hiss odur ki, müəllif “yad” anlayışını kədərin içindən yox, tanışlığın içindən çəkib çıxarır. Bu, o qədər incə fərqdir ki. Sən artıq birini tanıyırsan, amma hiss edirsən ki, o tanışlıq səni daha da uzaqlaşdırır. Həmin hissələri oxuyarkən keçirdiyim hisslər o qədər qəribə idi ki.
️Əslində, “Evdəki yad” emosional güzgüdür. Hər oxucu öz “yad”ını orada tapır:
kiminsə keçmiş sevgisi, kiminsə uşaqkən qırılan inamı, kiminsə böyüdükcə dəyişən ata siması.
️Əsər əvvəldən sona qədər həyəcanı özündə saxlamağı bacarır. Keçidlər sürətli olsa da, sıxıcı deyil.Romanda psixoloji terminlərdən də istifadə olunub. Alt çizməli cümlələr də az deyil. Bu roman həyatın özündəndir. Nə tam detektiv, nə də tam psixoloji deyil.Hər şeydən bir az var.
️Sadəcə olaraq bəyənmədiyim nüans nəşriyyatla bağlı idi. Düşünürəm növbəti nəşrdə bütün yanlışlar düzəldilər.
Uğurlar, gənc yazar!