Gönderi

3/10
·256 syf.··
2025 11. kitabı
·
6 günde okudu
·
Okunma: 02 Kasım 2025 22:39
İndiyə qədər oxuduğum kitablar arasında bəlkə də ən zəif kitablardan biri oldu. Sadəcə sərgidən almışdım deyə və şəxsi mütaliə prinsiplərimə görə bir kitabı oxumağa başladımsa o kitabı mütləq bitirməliyəm. Bəlkə də bu mövzuda oxumağı sevənlər kitabı bəyənər. Oxuyacaq olanlar,seçimi sizə buraxıram,amma bu kitab tövsiyyə edəcəyim kitablardan deyil Kitab Amerikan yuxusunun arxa planını göstərən kəskin və realist bir hekayədir. Kitabda sosial təbəqələr arasındakı fərqlər,kimlik axtarışı,sevgi və eqo toqquşmaları ön plana çıxır. Sadə mühitdən gələn Nil və varlı ailənin qızı Brenda arasındakı münasibət,cəmiyyətdəki görünməz sərhədləri açıq şəkildə üzə çıxarır. Filip Rot bu hekayədə insanın daxili boşluğunu,maddiyyatın hakim olduğu dünyada mənəvi dəyərlərin necə itirildiyini ustalıqla təsvir edir.
Əlvida, KolumbusPhilip Roth · Parlaq İmzalar · 049 okunma
·
14 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.