10/10
·484 syf.··
Beğendi
·
2025 115. kitabı
·
29 günde okudu
·
Okunma: 31 Ekim 2025 10:31
Kitab haqqında maraqlı məlumatlar: ● Roman çıxandan sonra Parisin bir çox jurnal redaktorları Mopassan ilə danışığı kəsdi. Çünki hamı özünü romanın personajları arasında görürdü. ● Drua obrazı real adamdan ilhamlanıb. Mopassanın dostlarından biri olan Albert Wolff cazibədar, lakin mənəviyyatsız jurnalist idi. ● Mopassan romanı bir növ qisas kimi yazıb. Yazıçı mətbuat aləmindən bezmişdi, ona görə qəhrəmanı jurnalist elədi və jurnalistləri satılmış, məkrli və ikiüzlü kimi göstərdi. Əslində bu, o dövr Paris mətbuatına atılmış soyuq sillə idi. ● Mopassan deyirdi ki, "Drua bu cəmiyyətin məhsuludur. Mən onu yaratmadım, sadəcə göstərdim." Həqiqətən də təkcə o dövrdə yox, elə indinin özündə də Drua kimi adamlara rast gəlirik. ● Mopassan romanı cəmi 4 ayda yazıb. Həmin dövrdə o artıq sinir xəstəlikləri ilə mübarizə aparırdı, amma deyirdi: “Cəmiyyətin xəstəliyini yazmaq üçün özüm də bir az xəstə olmalıyam.”
Qəşəng DostGuy de Maupassant · Teas Press Nəşriyyatı · 2023915 okunma
·
89 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Qəşəng incələmədir, dost
Xəyal Qocayev
Gönderi Sahibi
Təşəkkürlər :)