·126 syf.····Okunma: 05 Kasım 2025 00:05 Goethe-nin “Gənc Wertherin iztirabları” adlı əsəri alman ədəbiyyatında sentimentalizmin ən mühüm nümunələrindən biridir. Romanda gənc bir rəssam olan Wertherin dərin, lakin qarşılıqsız sevgisi, onun daxili aləmini və faciəvi sonunu oxucuya duyğusal bir dildə təqdim edir.
Wertherin Lotte adlı nişanlı bir qadına duyduğu sevgi, zaman keçdikcə onun həyatının mənasını məhv edir. Əsərdə insanın hisslərinə təslim olması, cəmiyyətin qoyduğu sərhədlərlə ziddiyyətə düşməsi və daxili ziddiyyətlərin insan ruhunda yaratdığı fırtınalar əsas mövzulardandır.