“Qürur və Qərəz”i oxudum və açığı deyim ki, mənim üçün çox romantik və heyranedici olmadı, amma əsərin dərinliyi diqqətimi çəkdi. Elizabeth ağıllı, düşüncəli bir qızdır, o insanları və onların niyyətlərini diqqətlə izləyir. Darcy isə ilk baxışda qürurlu və soyuq görünür, amma əsər boyunca onun dəyişə bilən tərəfini görürük.Kitabda mənim üçün maraqlı olan əsas məqam insanların qürur və ön mühakimələrinin onların münasibətlərinə necə təsir etməsi oldu. Darcy və Elizabethin aralarındakı münasibət sadəcə hisslər üzərində qurulmayıb, həm də düşüncə və anlayış tələb edir. Darcy öz qürurunu aşır, Elizabeth isə ön mühakimələrini bir kənara qoyur. Bu dəyişikliklər onları bir-birinə yaxınlaşdırır və göstərir ki, sevgi insanı təkcə hisslə deyil, həm də düşüncələrlə dəyişdirə bilər.Ümumilikdə, kitab mənə göstərdi ki, münasibətlərdə anlayış, dürüstlük və hörmət çox önəmlidir. Hər kəs öz qürurunu və ön mühakimələrini aşmağı öyrənməlidir ki, münasibətlər sağlam və davamlı olsun. Əsl sevgi insanı dəyişdirir, amma bu dəyişiklik başqası üçün deyil, özünü daha yaxşı tanımaq üçün olmalıdır.
Qürur və QərəzJane Austen