·288 syf.····Okunma: 08 Kasım 2025 14:57 Kitab ilk səhifəsindən məni özünə cəlb etdi, bir az da oxuyandan sonra axtardığım, oxumaq istədiyim, öyrənmək istədiyim bir çox məsələləri burada tapacağıma inandım və demək olar elə də oldu. Kitabı bitirdikdən sonra neqativ düşünə bilərsiniz, amma mənə daha çox yüngüllük gətirdi. Əsərin ilk hissəsində baş obraz Harri Halleri üçüncü şəxsin gözü ilə gördükdə fərqli təsir bağışlamışdı, obrazı ilk baxışdan bəyənmişdim. Lakin Harrinin öz daxili səsini eşitdikdən sonra daxilində necə təlatümlərin baş verdiyini , tamamlanmadığının şahidi oluruq. Daxilində iki obrazın olduğunu düşünən Harri sonda bir insanın bu qədər bəsit olmadığını dərk edir. Bayağı həyata nifrət edən Harri əslində bu həyata maraq da göstərir. Onu bu həyata dartıb aparan Hermine onun daxili səsi olur, ona kim olduğunu, yaşamağın nə anlama gəldiyini öyrədir. Əsərdəki "yumor" məsələsi də ən sevdiyim hissələrdən idi.