Əsərləri də öz həyatı kimi bədbin olan Osamu Dazai bu əsərində də intihara cəhd edən bir şəxsin başına gələn hadisələrdən yazır. Əsərin qəhrəmanı “Artıq insan deyil” (türklər onu İnsanlığımı itirərkən, ruslar Natamam insanın etirafı kimi tərcümə edir) əsərindəki qəhrəmandır, hardasa yazıçının prototipidir. Burada hekayənin içinə bəzən müəllif özü də müdaxilə edir və etiraf edir ki, mənasız hekayədir.