Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

"Sağ tərəfdə, sinənizdə bir yer ağrıyacaq. Evinizin sizi içinə sığdıra bilməyəcəyi qədər balaca hiss edəcəksiniz. Özünüzü çölə atacaqsınız. Bura da sizə dar gələcək. Bədəninizin ürəyinizə dar gəldiyi kimi. Nə gözəl gül açacaq içinizi, nə də masmavi göy üzü. Bədəninizi daşıya bilməyəcək qədər böyük, bir yandan da itəcək qədər balaca olacaqsınız. Yanınızdakılar sizə çoxlu sözlər deyəcək. "Əsas sağlamlıqdı, həyat davam edir, eybiyox hər şey unudulur.." Amma siz... heç nə eşitməyəcəksiniz. Gözyaşlarınızdan ətrafı görməyəcək hala qədər gələcəksiniz. Onun ölməsini istəyəcək qədər nifrət edəcəksiniz. Az sonra isə qollarında ölmək istəyəcəyiniz qədər çox sevəcəksiniz. Həmişə onun haqqında danışmaq istəyəcəksiniz. Sizə, "Ölümə çarə tapıldı" , "Sabah qiyamətdi" desələrdə, başınızı qaldırıb heç nə soruşmazsınız. Tək qalmaq istəyəcəksiniz. Həm də camaatın içində itmək. Heç birisi bəs etmiyəcək. Keçmişi fikirləşəcəksiniz. Bəlkə də dəqiqə-dəqiqə. Amma pis yerlərini atlayacaqsınız. Hər dəqiqəsini yenidən yaşamaq, keçdiyiniz yerdən yenidən keçəmək istəyəcəksiniz. Keçmişi xatırlamaq, getdiyiniz yerdən keçmək... bunlar daha da ağır gələcək. Amma etməkdə davam eləyəcəksiniz. Biri sizə içinizdəki acını ata biləcəklərini desə, həmin adamdan qaçarsınız. Acıdan qurtulmaq istədiyiniz halda, acının bədəninizdə qalması üçün müqavimət aparacaqsınız. Həyatınızın qalanını onu fikirləşərək keçirmək istəyəcəksiniz. Əksini deyənlərə nifrət edəcəksiniz. Hər kəs ona bənzəyəcək. Amma heç kim onun yerinə ola bilməyəcək. Dərmanlara sığınacaqsınız. Bir neçə saat başını dumanlandıra biləcək ancaq. Yenə unuda bilməyəcəksiniz. Bütün mahnılar sizin üçün yazılıbmış kimi gələcək. Boğazınız düyümlənəcək, qulaq asa bilməyəcəksiniz. Yatmaq çətin, oyanmaq asan olacaq. Səhəri iplə çəkəcək qədər çox istəyəcəksiniz, həm də 'heç günəş çıxmasaydı' deyəcəksiniz. Yuxu görəcəksiniz. Həqiqət olmasını istədiyiniz. Telefonun zəng çalmasını gözləyəcəksiniz. Zəng vurmayacağını bilə-bilə. Hər dəfə telefon zəng çalanda ürəyiniz ağzınıza gələcək. Zəng vuranla ağlamaqlı danışacaqsınız. Ürəyiniz burxulacaq. Canınız yanacaq. Bir daha heç vaxt sevməməyə and içəcəksiniz. Həyatda heç nə etmək gəlməyəcək içinizdən. Onun səsinizi ikinci səfər eşitməyə görə hardasa diri-diri yanıb tutuşacaqsınız. Dayanmadan zəng vurduğu günlərin qiymətini bilmədiyiniz gün üçün özünüzə nifrət edəcəksinkz. Yaşadığınız şəhəri tərk etmək istəyəcəksiniz. Amma onunla bir gün bir yerdə qatşılaşmaəa ümidlənib, bundan əl çəkəcəksiniz." (*Pakizə Suda. "Ayrılık") Bu yaşamaq deyildi. Bu ölüb-dirilmək idi. Bir insanın bu əziyyəti çəkə bilməsi düşüncəsi belə qorxuducudur. Nəinki yaşamaq. Yazıldı: 22.01.2016 17:39 Köçürüldü: 14.04.2018 15:28 Fatima Abbasova
·
18 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.