Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

Bir gün həyat dediyimiz bir hiss bizi tərk edəcək. Bədənimiz çürüyəcək, torpağa tapşırılacağıq. Ölmədən qabaq etdiyimiz hər şey unudulacaq, ölüm həmişə yanımızdadır. Yənə də heç ölməyəcək kimi yaşayırıq. Halbuki, çöküşün evində olan dünyada yaşayırıq. Gələcəkdə müharibəni qazanan olmayacaq. Şiddət heç bir çeyin həlli olmayacaq və bütün həlləri də yox edəcək. Əslinə baxsaq, heç birimizin xəyalları fərqli deyil. Ortaq hədəfimiz var; Xoşbəxtlik. Sevinclə yaşarkən dünyanı məhv ettik və özümüzü heç fikirləşmədik. Ən xoşbəxt imsanların çoxu eyni zamanda ən aza sahib olanlardır. I'Phone'miz, böyük evlərimiz və möhtəşəm maşınlar həqiqətənmi xoşbəxtlikdir? Fikir vermədik. Heç tanımadığımız adamları ideallaşdırdıq. TV'də eyni olmayan şeylərə baxırıq, TV'dən kənarda hər yerdə eyni şeylər var. Birinin bir şeyləri dəyişdirməsini gözləyirik. Istəyirik. Amma özümüzü dəyişməyi heç fikirləşmirik. Prezident seçkiləri pulun iki üzüdür. Istədiyimiz seçirik, dəyişmə illuziyası yaradırlar. Amma dünya eyni qalır. Siyasətçilərin bizə deyil, onlara imkan yaradanlara xidmət etdiklərini görmürük. Bizim liderlərə ehtiyacımız var, siyasətçilərə deyil. Amma bu dünyada özümüzə liderlik etməyi unutduq. Dəyişmə gözləməyi burax, görmək istədiyin dəyişimi sən et. Sən başla. Biz buralara ayaqlarımızın üzərində oturaraq gəlmədik. Insan irqi ən sürətli və güclü olduğu üçün deyil, birgə çalışdığı üçün həyatda qaldı. Öldürməkdə ustalaşdıq. Indi gəlin, yaşama sevincində ustalaşaq. Bu yazdıqlarım planeti qorumaq üçün deyil. Planet biz olsaq da, olmasaq da burada olmağa davam edəcək. Dünya milyonlarla ildir ki var. Amma hər birimiz 80 il yaşasaq, şanslıyıq. Zamanda bir anıq, amma təsirimiz sonsuzdur. Yaxşı ya da pis nəslimiz bu planetdəki yaşamın davamını müəyyən edəcək. Ya bizdən geriyə heç bir xatirə qalmayıncaya qədər bu yuxuya davam edə bilərik, ya da oyana bilərik. Irəliyə doğru irəliləməkdən kənara düşdüyümüzü fərq edə bilərik. Gözümüz yalnız ekranlardadır və hansı yerə getdiyimizi görmürük. Bir yaşanan an, hər addımın, hər nəfəsin, hər şeyin ölümün bizə gətirdiyi yerdir. Biz, bizdən əvvəl gələnlərin yüzləriyik. Və, indi bizim vaxtımızdır. Öz yolumuzla, yada digərlərini yolu ilə gedə bilərik. Həyat film deyil. Ssnari hələ yazılmayıb. Biz yazmalıyıq. Bu, sənin hekayəndir. Onların hekayəsidir.. Bu, Bizim Hekayəmizdir... Yazıldı: 11.04.2016 23:35 Köçürüldü: 14.04.2018 15:33 Fatima Abbasova
·
15 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.