Valideynləri tərəfindən sevgi görməyən hər insan qəlbindəki yarası ilə dünyada özünə yer tutmağa çalışır.
Qızlar üçün isə ilk növbədə ata sevgisi dayanır. Məni Niyə Sevmədin, Ata Ata sevgisi görməyən qızların həyatları boyu bir yanı hər zaman əskik qalır...
Yazarın sonda yazdığı qeyddən anladığım qədəri ilə, ailə sevgisi ilə böyümüş bir xanımdır. Mövzu isə atasızlıqdan, daha doğrusu ata sevgisi olmadan böyüməyə çalışmaqdandır. (Çalışmaq deyirəm, çünki sevgisiz böyümüş çox qız böyümür... məhz qəlbi qırıldığı yaşda qalır.)
Xanım bu hissi kitabda ötürə bilməyib. Adına əsasən deyə bilərəm ki, mən daha dramatik bir roman gözləyirdim.
Atasızlıq hissi... O hissi yaşamayan anlamaz və anlada bilməz. Eybi yoxdur, qoy bundan sonra qızlarımız o hissin nə olduğunu bilməsin...
Yazara isə uğurlar arzu edirəm. İnşallah yazdığım bu “incələmə” onun qəlbinə dəyməz."**