·80 syf.····Okunma: 25 Kasım 2025 16:59 Bu əsər bir çox insanın sevdiyi ,mənə də çox tövsiyə edilən əsərlərdən idi ,amma subyektiv fikirlərim biraz fərqlidi ,əvvəl onu qeyd edim ki , məncə, bu nəşriyyatda problem var idi, həcm olaraq az olmasını bir kənara qoysaq , sonunu daxil etməklə təsirli olduğunu deyə bilməyəcəm , əsər o qədər ixtisarla yazılıb ki ,zövq ala bilmədim öz adıma , əsərin öz mahiyyəti gözəl idi, əsərdən dərs çıxarmaq olar mı olar ,lakin məndə dərin izlər qoya bilmədi təəssüf ki ,məncə bir çox insan tərəfindən şişirdilmişdir. Bəlkə ,bir müddət sonra başqa nəşriyyatda başqa versiyasını yoxlaya bilərəm və o zaman fikrim dəyişər...