Şüurun Enerji İzi: Kainatla Kvantik Əlaqə”
Pierre Franckh "Rezonans Qanunu"
"Rezonans Qanunu" kitabını çox bəyəndim desəm yalan olar)) amma bəyəndim.
Mövzu mənim üçün yad deyildi, xoşum gələn məqam,
"Kvant Fizikasın"dan məlumatlar verməyi idi, fəqət bu məlumatları yazıçı özünəməxsus şəkildə vermişdi, daha sadə idi.
Yüksək intuisiyası olan insanlar məni başa düşər, kitab enerjimə fərqli və daha mənfi təsir etdi.
İnformasiya maraqlı idi, amma vibrasiyası mənə uyğun olmadı.
Kitab oxuyub, tətbiq üçün nəzərdə tutulub.
Tətbiq etməyəcəksinizsə, oxumayın.
Mənə görə " Hər şey inandığın qədərdir"
İnançla DNT kodunu belə dəyişdirə biləcəyimizi iddia edir yazar.
Mən düşünürdüm ki, əsas beyin və şüuraltı ilə daha güclü Rezonans dalğaları yaranır, amma ürəyimiz, beynimizdən daha çox və sürətli rezonans dalğası ötürür. Düşüncəmizdə çox şeyi xəyal edib, arzulaya bilərik, o xəyala ürəkdən inanmadıqda frekansımız tam olaraq hədəfə bağlanmır.
Pierre Franckh öz şəxsi təcrübələrini, həmçinin seminarları və kitabı sayəsində təcrübə yaşayan insanların məktublarını da kitaba əlavə edib.
Nəyə inanmağın enerjinin vecinə deyil; inancın yüksək mənəvi dəyərlər daşıya da bilər, çox pis bir şey də ola bilər;
sənə fayda da verə bilər, həyatını da çətinləşdirə bilər.
Enerji işin mənəvi tərəfi ilə maraqlanmaz və hökm verməz.
Enerji həmişə sənin yaydığın impulslar (iç təkanlar) istiqamətində işləyir.
Kainat sənə niyyətinə və içində daşıdığın enerjiyə uyğun cavab verir, inancının “yaxşı” və ya “pis” olmasını qiymətləndirmir.
Gələcəyimizi, hətta keçmişi belə dəyişə bilərik.
Gələcək də sənə eko dalğalar yollayır həm mənfi ,həm də müsbət, sən hal-hazırda hansı frekansdasansa, o dalğanı həyatına çəkirsən və gələcəyini şəkilləndirirsən.
Enerjidən yaranıb, enerjiyə gedirik və enerji ilə bütün həyatımızı dəyişə bilərik, unutmayaq ki, hər metod hər kəs üçün işləmir.
Doğru şəkildə etmək lazımdır bunları.
Enerji səni aldadatmır, sən nə yayarsansa, onu böyüdüb geri qaytarır. Buna inanırsansa, kainatla bağ qurmaq artıq çox daha asandır.
Yazar kitabında çox təkarlara yol verib, buda təbii olaraq yorur insanı.
Dili sadədir, axıcı şəkildə oxunulur, məncə hər bir insan oxuyub, özünə lazımlı məlumatları alıb, texnikaları tətbiq edə bilər.
İçərisində dəyərli məlumatlar var.
t.me/kinokitabxana