Gönderi

8/10
·112 syf.··
2025 13. kitabı
·
6 günde okudu
·
Okunma: 05 Aralık 2025 21:20
Kitabdan : “Saxta kupon” kiçik bir günahın kəpənək effekti ilə necə böyük fəlakətlərə, hətta ölümə gətirib çıxardığını göstərən didaktik bir hekayədir. Tolstoy “aləmdə hər şey bir-birinə təsir göstərir” ideyasını bu qısa, amma olduqca məzmunlu,dolğun hekayəsində qurduğu mükəmməl kompozisiya vasitəsilə bədii cəhətdən nümayiş etdirir. Bizim bu gün gördüyümüz pis və ya yaxşı əməl özümüzdən savayı, həm də ətrafımızdakı insanların - hətta onları tanımasaq belə - həyatına birbaşa təsir edir, onların gələcəyini müəyyənləşdirir. Hekayədə həmçinin XIX əsrin sonlarında Rusiyada ruhanilərin mənəvi cəhətdən aşınmaları,dini təşkilatların riyakarlığı xüsusi olaraq vurğulanır. Ömrünün sonlarında daha çox “insan necə kamilləşə bilər?” , “ pak və əqidəli bir insan necə olmalıdır?” kimi mövzular ətrafında düşünən yazıçının bu hekayəsi həmin əzəli suallara verilən cavablardan biridir. Mən oxuyanda bir səhv etdim ki, tam boş vaxtımda bir dəfəlik bütün kitabı oxumadım. Bir həftə ərzində ara verərək oxudum. Kitab qısa hekayələrdən ibarət olsa da obraz çoxdur. Onları yadda saxlamaq biraz çətindir. Amma ümumən bəyəndim.
Saxta KuponLev Tolstoy · Parlaq İmzalar · 202222 okunma
·
43 Gösterim
Yorumlar
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.