Gönderi

"...çünki biz ölərkən səssiz qala bilməzlər."
8/10
·536 syf.··
2024 3. kitabı
·
25 günde okudu
·
Okunma: 03 Şubat 2024 00:00
Uzun bir fasilədən sonra Çimamanda Nqozi Adiçi ilə "Yükselen Güneşin Ülkesinde" (Doğan Kitap) kitabında görüşdük. Yazıçı bizə ömrü cəmi üç il çəkən, amma qısamüddətli varlığı ilə bir çox insanın həyatını birdəfəlik dəyişdirən bir addan bəhs edir: Biafra. Biafra Respublikası. Biafra Müharibəsi. Tarixi məqamlara mümkün olduğu qədər tərəfsiz yanaşmağa çalışan və əksərən də buna nail olan yazıçı, mənə görə, ən böyük uğurunu yaratdığı obrazlarla qazanıb. Belə ki, kitabdakı əsas və köməkçi obrazların heç birini sevməyi bacarmadım (ki bu, nadirən olur), halbuki ilk təəssüratım fərqli idi. Hamısının məni narahat edən, görməzdən gələ bilməyəcəyim qüsurları vardı. Çimamanda xanım heç birinə mərhəmət etməyib, insan təbiətini bütün vəhşiliyi, iyrəncliyi, eqoistliyi ilə ortaya qoyub. Amma buna baxmayaraq, hər biri üçün elə kiçik anlar vardı ki, fərqində olmadan özümü onların yerində hiss edir, dərindən empatiya qura bilirdim. Bəzilərinin xətaları, bəzilərinin qorxuları, bəzilərininsə cəsarəti tanış idi. "...nə zaman göy gurultusu eşitsə, yeni bir hava hücumu sanıb diksinərdi." Adiçinin qələmini sevirəm. Bu kitabını da ümumilikdə bəyəndim. "Amerikanah" ilə bənzər cəhətləri az deyildi, xüsusən də iqboları, İqbo dilini yenidən tanımaq maraqlı idi. Amma yenə də bir "Amerikanah" deyildi, onun məndə yeri hər zaman bambaşqa olacaq.
Yükselen Güneşin ÜlkesindeChimamanda Ngozi Adichie · Doğan Kitap · 2021112 okunma
·
68 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.