9/10
·150 syf.··
Beğendi
·
2025 20. kitabı
Thorbjørn Egner-in “Kardemom xalqı və quldurlar” əsəri mənim üçün çox xoş, əyləncəli və isti təsir bağışladı. Əsər xəyali bir məkanda – Kardemom xalqına məxsus sakit və mehriban bir şəhərdə cərəyan edir. Bu şəhərin özəlliyi ondadır ki, burada demək olar ki, heç bir pislik baş vermir; insanlar mehriban, qayğıkeş və bir-birinə qarşı hörmətlidir. Hətta şəhərdəki həbs sistemi belə empatiyaya əsaslanır. Quldurlar qorxulu, aqressiv obrazlar kimi deyil, daha yumşaq, komik və uşaqlara yaxın şəkildə təqdim olunur. Yazıçı bununla göstərir ki, quldurluq pis bir davranışdır, amma bu davranışa sərtliklə deyil, anlayışla yanaşmaq insanın dəyişməsinə səbəb ola bilər. Quldurlar da əsərdə heç kəsə ciddi zərər vermirlər; onlar sadəcə öz ehtiyaclarını qarşılamağa çalışırlar. Müəllif sanki bizə mesaj verir: İnsanları düzgün istiqamətə yönləndirən, onlara nümunə olan, onlara kömək edən kimsə olmadıqda səhv davranışlara yol açılır — və cəmiyyət birlik, anlayış və səbr göstərərək bu insanları doğru yola gətirə bilər. Əsərin içindəki şeirləri çox sevdim. Şeirlərin melodiyası da varmış, amma musiqili səhnələşdirmə animasiya/teatr versiyaların var. Ona baxıb oxumaq olar. Bu halda həmin şeirlərin mahnıya çevrilmiş formalarını eşitmək mümkündür. Kitabı uşaqlarla oxuyarkən şeirlərin ritmik, yaddaqalan və enerjili olması dərsləri daha maraqlı edir. Uşaqlar bu şeirləri təkrar oxuduqda onlara sevgi, mehribanlıq, empatiya, yaxşılıq kimi dəyərlər təbii və mülayim şəkildə ötürülür. Şeirin xoş qafiyəsi, ritmi beyni hərəkətə gətirdiyi uçün uşaqlar həm öyrənir , həm də hiss etmədən nümunə kimi həyata tətbiq edə bilirlər. Tərtibat və tərcümə nəfisdir.
Kardemom xalqı və quldurlarThorbjørn Egner · Nebula Yayınları · 19557 okunma
14 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.