Gönderi

10/10
·512 syf.··
Beğendi
·
2025 10. kitabı
·
14 günde okudu
·
Okunma: 14 Aralık 2025 16:07
İsmayıl Şıxlı “Dəli Kür”… Əsər haqqında yazılacaq o qədər çox şey var ki, sadəcə qısa olaraq qeyd edəcəyəm. Abituriyentlik dönəmindən ixtisarla tanış olduğum əsərlərdən idi. Bir gün, mütləq ki, oxuyacaqdım. Və, çox yəqin ki, 2-ci, hətta, bəlkə, 3-cü dəfə də oxuyacağam. Cahandar ağa - Mələyi qaçırdığı anı istisna etməklə digər heç bir anda tam olaraq qınayıb yarğılaya bilmədiyim, qəddar tərəfi qədər kövrək olan tərəfinə şahid olduğumuz, ölümü hələ də müəmmalı qalan, sonu kolların arasında bitən o ziddiyyətli obraz. Yəqin ki, Azərbaycan ədəbiyyatında ziddiyyətli sayılacaq daha böyük bir qəhrəman yaradılmayacaq. Üstəlik, əsərin sadəcə Cahandar ağanın ətrafında dönməyib şaxələnməsi əsəri daha da axıcı, oxunaqlı edir. Əsərin konkret sonu yoxdur, bu da bir az daha maraqlı edir əsəri. Hə, bir də, Qəmərin ölümü vardı, ən çox o incitmişdi… Mütləq oxuyun, oxutdurun! ~ Kitabla qalın!
Alıntı
Dəli Kürİsmayıl Şıxlı · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 20141,110 okunma
·
58 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.