·159 syf.····Okunma: 13 Aralık 2025 10:02 Uzun müddətdir ki, tövsiyə edilməsinə baxmayaraq başlamaqda tərəddüd edirdim. Ancaq oxuduqda bunun boşuna olduğunu anladım. Gözlədiyimdən daha maraqlı bir əsər imiş. Sadə, axıcı dili var, qısa müddətdə oxuyub bitirmək mümkündür. Tək çətinliyi digər Rus ədəbiyyatı əsərlərində olduğu kimi obrazların adlarının uzun və bəzən bənzər olmasıdır.
Kitabda bir gəncin səfa içində rahat keçən günlərinin orduya başlaması ilə sona çatması və həyatının dönüş nöqtəsi olmasıdır. 18-ci əsr Rusiyasının vəziyyəti, Pugaçov üsyanı və bunların fonunda 2 gəncin sevgi hekayəsi qələmə alınıb.