Puan vermedi·128 syf.··
2025 11. kitabı
“İnsanın qəlbinin yaxşı olması üçün ağıla ehtiyacı yoxdur. Hətta məncə bunun tam tərsi olmalıdır. Çox ağıllı biri heç vaxt yaxşı deyildir.” - deyir Slim. Həqiqətən də düşünəndə Slimin haqlı olduğunu qəbul etmək olar ancaq əqli cəhətdən qüsuru olan biri nə qədər yaxşı biri də olsa, onun əqli qüsurunu onu təhlükəli etmirmi? Kitabda iki dostdan söhbət gedir: Lennie əqli qüsurlu, George isə ağıllıdır.Onlar bir fermada işləməyə başlayırlar . Ən böyük motivasiyaları isə xəyallarıdır - öz fermalarını qurmaq. Fermada Candy adlı yaşlı işçi və ən az özü qədər yaşlı olan bir iti var. Candynin iti xəstə var və onu öldürmək lazımdır, Candy cəsarət edə bilmir, buna görə itini başqası öldürür. O gündən sonra Candy özünə gələ bilmir. Niyə? Çünki əgər ölüm qaçınılmazdırsa, nifrət hissi ilə öldürülməkdənsə mərhəmət hissi ilə öldürülməyin arasında çox fərq var. Lennie də, it kimi sadiq biridir, amma bilirik ki, itlər sahiblərinin istəmədiyi şeyləri edib istənməyən nəticələr yarada bilərlər. Hekayədə də Lennie eyni vəziyyəti yaşayır. Və bu yaşanan hadisənin nəticəsi olaraq Lennie ölməlidir. George Lennieni özü öldürür. Ən yaxınını sırf başqası öldürməsin deyə öldürür George. Çarəsizlik hissi kitabın iki hissəsində o qədər mükəmməl izah olunub ki… “Gözünü yum Lennie, biryerdə quracağımız fermanı, səhər oyanıb oynayacağın dovşanları düşün.” Lennie gözünü yumur, George isə onu öldürür.
Duygu ve Düşünce
Siçanlar və AdamlarJohn Steinbeck · Qanun Nəşriyyatı · 2016211,8bin okunma
·
190 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.