Bu kitab din haqqında deyil, seçimsiz həyat haqqındadır. Suzanna passiv və səssiz müqavimətin simvoludur, qışqırmır, üsyan etmir sadəcə boyun əymir… Bu kitabın yazılmasından 250 il keçməsinə baxmayaraq azad iradə, qadın bədəni və ruhu üzərində nəzarət mövzuları hələ də aktualdır. Amma bir şey var ki, o dövrdə belə bir əsərin yazılması böyük cəsarət tələb edir və mən oxuduqca heyranlıq, həyəcan həmçinin fərqli hislər keçirdim. Və bu hislər məni buraya ilk dəfə birşey yazmağa vadar etdi.(davamlı olsun)
Son olaraq bunu deyə bilərəm: Denis burada Tanrını deyil, Tanrı adına danışan insanları sorğulayır.