Puan vermedi·416 syf.····Okunma: 22 Aralık 2025 00:26 Markesdən oxuduğum ikinci əsər “Vəba günlərində eşq” oldu. İkinci dəfə şans verməyimə baxmayaraq, yəqin ki, bu, sonuncu olacaq. Çünki əsər mənim üçün sıxıcı təsir bağışladı, süjet xətti isə qarışıq və mənasız şəkildə irəlilədi.
Bu roman zamanın, xəstəliyin və gözləmənin içində sınanan bir sədaqətin hekayəsi kimi təqdim olunur. Markes burada eşqi ideal və romantik bir hiss kimi yox, illərlə səbr edən, köhnələn, amma yox olmayan bir duyğu kimi göstərməyə çalışır. Lakin bu sevgini saf və sədaqətli adlandırmaq nə dərəcədə doğrudur? Florentino Arisa Fermina Dasaya olan sevgisini 51 il 9 ay 4 gün boyunca qoruduğunu iddia edir və onun dul qalmasını gözləyir. Amma bu müddət ərzində saysız-hesabsız münasibətlər yaşayır. Uzun illər gözlənmiş olsa da, bu məhəbbət mənim üçün yazıçının təqdim etdiyi kimi əzablı, çətin və saf bir sevgi təsiri bağışlamadı.