Puan vermedi·296 syf.··
2025 65. kitabı
İndiyə qədər heç bir kitabı oxumağa bu qədər ehtiyacım olmamışdı... Məncə hamımız həyatımızda ən azı bir dəfə Nora Seed kimi hiss etmişik - sanki heç bir şeyin mənası qalmayıb, bütün sevdiklərimiz bizdən imtina edib və həyatın bütün uğur qapıları üzümüzə bağlanıb. Biz isə belə anlarda çox vaxt çıxış yolunu intiharda görürük. Bu kitab isə bizlərə, hətta bu kimi vəziyyətlərdə belə intiharın əsla bir çıxış yolu olmadığını, tam əksinə məhz belə anlarda həyatdan daha da bərk-bərk yapışmamız gərəkdiyini öyrədir. Matt Haig'in əsas ixtisasının psixoloq olduğu bu əsərdə bir başqa hiss edilir. Lakin çox təəssüf ki, bu kitab haqqında, xüsusilə özünü “book-blogger” adlandıran kütlə tərəfindən xeyli mənfi rəy mövcuddur, amma sizlərə tövsiyyəm heç birini dinləməmənizdir. İstər yazı üslubu, istərsə də hekayə axışı, olduqca dilə yatan və axıcı idi. Ümumən kitab blogger'lərinin populyar olan bütün kitablara qarşı mənfi rəy bildirmək kimi bir fetişi var. Ona görə əgər bir kitabı oxumaq istəyirsizsə, sadəcə oxuyun. Oxuyub, bəyənməsəz belə ən azından bu fikir özünüzə aid olacaq, bir başqasına yox...
Gece Yarısı KütüphanesiMatt Haig · Domingo Yayınevi · 202598,8bin okunma
·
19 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.