Gönderi

232 syf.
·
Puan vermedi
·
4 günde okudu
"Tatar çölü", yoxsa bir "gözləmə" romanı? ----------------------------------------------------- Fransız qəzeti "Le Mond"da "XX əsrin 100 kitabı" siyahısına düşmüş "Tatar çölü" (orijinal adı - Il deserto dei Tartari) romanı Dino Bussatinin əhəmiyyətli əsərlərindəndir. Yazıçının 1940-cı ildə nəşr olunmuş bu romanı ona dünya şöhrəti gətirib. "Tatar çölü" romanı Kafka ənənələri, qədim yunanlarda Elea fəlsəfi məktəbinin təlimlərində irəli sürülən metodlar üslubunda yazılıb. Elea filosofları da varlıq haqqında düşünərək, onun nə olduğunu bilməyə səy göstəriblər. Bu məntiqi çözərkən onlar məntiqi düşüncənin real duyğularla ziddiyyətdə olması ehtimalını irəli sürüblər. Bussati romanın səhifələrində vurğulayır ki, ölüm qaçılmazdır və varlığımız keçicidir. Bununla ekzistensializm kontekstində əbədilik və var olmanın müvəqqətiliyi mübahisəsinə diqqət çəkib. Bu yanaşmasıyla yazıçının Kafka mövqeyiylə (var olmanın mənasız və absurd olması) bənzərliyini görürük. Ancaq Kafkadan fərqli olaraq Bussati leytenant Droqo nümunəsində insanın zamanın qarşısıalınmaz qaçışına qarşı "sinə gərməyi", ətalətlərdən xilas olmağı, həyatının mənasını tapmağı, ümid etməyi (hətta bu ömür yolunun sonunda belə olsa) bacara bilməsi faktını vurğulayıb ("Qürub vaxtı həmişə Droqonun varlığını poetik ruh yüksəkliyinə oxşar bir şey bürüyürdü. Bu, ümid saatı idi", səh. 123), ("Hamının hansısa, lap kiçik də olsa, nəyəsə ümid eləməyə haqqı var", səh. 332). Əsərin strukturu elə qurulub ki, yaradılan obrazlar, təsvirlər parlaqlıqdan məhrum edilib. Oxucu romanın atmosferinə daxil olanda, gündəlik bildiyimiz hadisələrlə burda da qarşılaşır. Ancaq qaladakı hər bir epizod müqəddimə xarakteri daşıyır və hər şey sanki gözümüzün önündən keçib gedir. Başları üzərində yandıran günəş, əbədi susan səhra, həmişə dəyişən qarovullar, Droqonun otağında divarın arxasında çəndən axan su damcıları (əvvəl onu çox bezdirirdi), bütün bunlar günbəgün eyni cür baş verirdi. Bu atmosferi həm də biz Droqonun otağına çəkilib anasına yazdığı məktubdan anlayırıq: "Əgər o, burdakı həyatın miskinliyini, Qalada cəza və sürgün ruhunun dolaşdığını, ona yad olan bu necəsə mənasız adamların olduğunu yaza bilsəydi... O isə yazırdı: “Zabitlər məni çox gözəl qəbul elədilər" (səh. 64).
Tatar Çölü
Tatar ÇölüDino Buzzati · İletişim Yayınevi · 201813,4bin okunma
··
14 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.