·135 syf.····Okunma: 27 Ekim 2025 00:00 Salamlar️
Oktyabrda oxuyub bitirdiyim Anna Qavaldanın "Mən onu sevirdim" kitabı alıntılarla dolu-dolu bir kitab oldu.
"Kitablar insanın qarşısına çıxacağı zamanı bilir" deyirdi bir yazıda. Bu kitabla 5 oktyabrda sərgidə qarşılaşdım. 20 oktyabrda oxumağa başladım. 27 oktyabrda isə yolda avtobus xarab olduğu üçün o zaman ərzində oxuyub bitirdim. O gün yolda o qədər qalmasam kitabı həmin gün bitirərdim ya yox bilmirəm, amma inandığım İlahi zamanlama var...
Mənim üçün bir kitabdan daha artığı oldun, gözəl bir anda gəlib-gedən bir xatirə...
Kitabdan bir alıntı️:
Bir insana rast gəlmək və "bu insanla mən özümü xoşbəxt hiss edirəm" demək necə də gözəldir.