"Söyüdlü arx" mənim üçün sevginin ən təmiz rəmzidir. Nuriyyənin öz hisslərindən keçib mənəviyyatını seçməsi, bir ailəni dağıtmamaq üçün göstərdiyi o ləyaqətli duruşu hər kəs oxumalıdır. Hətta Səadətin qısqanclığına belə insanlıqla cavab verməsi çox təsirlidir.
Amma mənim qəlbimi fəth edən Nəriman əmi oldu. Onun Qərənfilə olan illərlə dəyişməyən sədaqəti , sevgisi adamı həm kövrəldir, həm də fərəhləndirir. Hamımıza bir Nəriman əmi sevgisi lazımdır!