·59 syf.····Okunma: 03 Ocak 2026 14:31 “Sahaf Mendel” insanın dünyada yerinin nə qədər kövrək olduğunu göstərən bir hekayədir. Mendel kitablarla yaşayan, həyatını səssizcə keçirən bir insandır. Onun üçün dünya kitab səhifələrindən ibarətdir. İnsanlarla deyil, kitablarla danışır. Bu səbəbdən real həyatın sərtliyini hiss etmir.
Mendel pis biri deyil, əksinə çox safdır. Amma cəmiyyət saf insanları qorumur. Müharibə başlayanda Mendel nə baş verdiyini belə anlamadan cəzalandırılır. Bu hissə mənə göstərdi ki, insan bəzən heç bir günahı olmadan da əzilə bilər. Dünya ədalətli deyil.
Azadlığa çıxanda Mendel əvvəlki Mendel olmur. Kitablar yerindədir, amma insanın içi boşalıb. Burada Zweig bizə deyir ki, insanın ruhu bir dəfə sarsıldımı, hər şey dəyişir. Bəzən azad olmaq belə kifayət etmir.
Bu əsər mənə bir sual düşündürdü: insanı yaşadan bilikdirmi, yoxsa anlayış və mərhəmət? Mendel bilikli idi, amma anlayış görmədi. “Sahaf Mendel” bizə göstərir ki, insanı öldürən bəzən ölüm yox, unudulmaqdır.