Puan vermedi·152 syf.··
2026 1. kitabı
Keçən il oxuduğum hər kitaba alıntı yazmırdım, lakin bu ildən, hər oxuduğum kitabı bura əlavə etdikdən sonra, inceleme yazmağa çalışacam. Emil Cioran'ı daha əvvəldən tanıyırdım, lakin daha çox müsahibələrini və haqqında videoları izləmişdim, ədəbi yaradıcılığı ilə ilk dəfədir tanış oluram. Düzünü desəm, Cioran'ı dinləmək, oxumaqdan daha rahatdır. Kitabın irəlləyişi olduqca ağır idi. Bəlkə də bunun səbəbi fəlsəfi əsər olmasıdır. Amma mən kifayət qədər, axıcı fəlsəfi əsərlər də oxumuşam. Kitabın çatdırmaq istədiyi fikirlər maraqlı idi. Bu fikirlər arasında daha çox insan, taleh, zaman və Tanrı anlayışları yer tuturdu. Mən kitabın daha çox son fəsillərini bəyəndim, məncə bunun əsas səbəbi, orada kitabın adı ilə bağlı hissələrin daha çox olması idi. Ümumi götürsək, fəlsəfi əsər kimi oxumağa dəyər əsərdir. İçində yaxşı fikirlər var, sadəcə oxuyarkən, biraz səbrlə davranmaq lazımdır. Sonda bəhrəsini görəcəksiz.
Zamana DüşüşEmil Michel Cioran · Metis Yayınları · 2020752 okunma
·
16 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.