8/10
·332 syf.··
2025 21. kitabı
·
220 günde okudu
·
Okunma: 31 Aralık 2025 00:00
Bu gün 20 yaşımın son günüdür. Və mən bu günü “20 yaşıma məktub” kitabını bitirərək yola saldım. Kitabı oxuyarkən bir hekayəni yox, sanki öz daxili səsimi oxudum. Hər səhifə məni bir az dayandırdı, bir az düşündürdü, bir az da özümlə üz-üzə qoydu. Bu kitab mənə öyrətdi ki, 20 yaş tələsmək yaşı deyil, anlamaq yaşıdır. Hamıya çatmağa çalışdığım, gecikdiyimi düşündüyüm, özümü başqaları ilə müqayisə etdiyim anlarda əslində ən çox özümə haqsızlıq etdiyimi anladım. Gələcəkdən qorxmaqla bu günü necə itirdiyimi, keçmişi dəyişmək istəməklə indini necə gözdən saldığımı gördüm. “20 yaşıma məktub” mənə dedi ki, hər şey indi baş verir və həyat “sonra” deyil, elə bu an yaşanmalıdır. Bu kitabdan sonra 21 yaşıma daha sakit, daha anlayışlı və daha dürüst gedirəm. Artıq özümə daha az sərt, arzularıma isə daha səbirliyəm. Çünki başa düşdüm: böyümək cavab tapmaq deyil, suallarla barışmaqdır. 20 Yaşıma Mektup
20 Yaşıma MektupKolektif · Doğan Kitap · 20191,640 okunma
·
83 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.