Yiğit Benerdən oxuduğum 2-ci əsərdir. Bu əsər idealların, inqilabi iddiaların arxasında gizlənən bir romandır. Roman iki paralel xətt üzrə irəliləyir. Birinci xəttdə oxucu otuz il əvvəl Amsterdamda, dünyanın müxtəlif yerlərindən gəlmiş inqilabi fərdlərin təlim keçdiyi bir mərkəzdə baş verən cinsi zorakılıq hadisəsi ilə tanış olur. İkinci xətt isə İstanbulda keçir. Bir ata ilə onun qızının həmin hadisə üzərindən etdiyi söhbətlər yer alır.