·160 syf.····Okunma: 06 Ocak 2026 22:14 Bu qədər oxumağını uzatdığım başqa bir kitab xatırlamıram. Səhv eləmirəmsə universitet 2-ci kursdan (2022) bu kitab yarım idi. Sonunda bitirməyi bacardım. Oxuyarkən nədənsə mənə qarışıq gəlirdi; sanki mətn məndən diqqətdən daha çox səbr tələb edirdi. Müəllifin də vurğuladığı kimi, qadınlar olaraq bizim düşünmə və ifadə üslubumuz kişilərdən xeyli fərqlənir və bu fərq kitabın dilində açıq şəkildə hiss olunur.
Əsərin ilk hissələri mənə çətin gəlsə də, kitabın ortalarından etibarən mövzu getdikcə daha maraqlı və düşündürücü bir hal aldı. Kitabda yaxşı bir əsər ortaya qoymaq üçün yalnız bir cinsin baxış bucağı ilə kifayətlənməmək, qadın və kişi düşüncə tərzlərini bir növ birləşdirmək fikri irəli sürülür.
Məncə də bu yanaşma olduqca haqlıdır. Çünki güclü ədəbiyyat yalnız bir tərəfin səsi ilə deyil, müxtəlif baxışların harmoniyası ilə yaranır. Qadınlar olaraq, 100 illər ərzində çətinliklərə rəğmən bişeylərin təməlini qoymağa, yaratmağa çalışmışıq. İndiki dövrdə də çətinliklər bitmir,lakin qadınlar olaraq özümüzə bir otaq yaratmağı bacaraq :))