·144 syf.····Okunma: 07 Ocak 2026 07:54 Bu kitab çox uzun müddətdi oxuma wishlist’imdə idi. Hekayənin qısa olması oxunu daha sürətli və təsirli edir. Əsərin dilinin “sadə” olmasını mənfi rəy olaraq dəyərləndirənlər olsa da, məncə bu sadəlik əksinə hekayənin realizmini artırır.
Məni ən çox Lennie obrazı sarsıtdı. Bu dünyada saf və günahsız insanlara yer olsaydı bəlkə də Lennie’nin sonu fərqli olardı. Hekayənin bir az daha ümid dolu olmasını istəyərdim. Amma kitab insanın içini yandıran bir həqiqəti göstərmək üçün də bu ümidi verməmiş ola bilər: bəzən ən təmiz qəlblər ən ağır sonluqlara məhkum edilir.
Ümumilikdə, çox sevdim və mütləq oxunmasını tövsiyə edirəm.